Əlaqə Arxiv
news Image
2014.03.08
13:23
| A A A
Ermənistan vətəndaşı Tovuz cəbhəsində Azərbaycan tərəfə hansı səbəbdən keçdiyini açıqlayıb

Arsen Xocayanın bir neçə gün əvvəl Ermənistana qaytarılmış Mamiko Xocayanın qohumu olduğu üzə çıxıb

Qoşunların təmas xəttini keçən Ermənistan vətəndaşının kimliyi məlum olub.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun movqe.az-a verdiyi məlumata görə, həmin şəxs Tavuş vilayəti Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 09.03.1991 təvəllüdlü Xocayan Arsen Ananyeviçdir.A. Xocayan dindirilmə zamanı qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib. A. Xocayanın bir müddət əvvəl cəbhənin eyni istiqamətində Azərbaycana tərəfə keçmiş və bu günlərdə Ermənistana təhvil verilmiş Mamiko Xocayanın qohumu olduğu da məlum olub.Bu barədə "Aysor.am"a M. Xocayanın qızı məlumat verib.Varin Qarmiraxbuyr kənd administrasiyasının rəhbəri Kamo Çobanyan isə bildirib ki, A. Xocayan həmin kəndinin sakinidir, çobandır, həmin gün qoyun otarırmış.K. Çobanyanın sözlərinə görə, martın 7-də həmin ərazidə qatı duman olub və ehtimal olunur ki, A. Xocayan azaraq qarşı tərəfə keçib.

Sizin Reklam Yeriniz