Əlaqə Arxiv
news Image
2014.03.08
20:54
| A A A
Nuşirəvan Məhərrəmli narazılıq etdi
"Ən ağrılı yerlərimizdən biri telekanallarda uşaqlarla bağlı verilişlərin az olması, Azərbaycanın milli cizgi filmlərinin olmamasıdır".

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N.Məhərrəmli deyib ki, telekanallar yaradıcılıq məsələlərində, proqram siyasətində sərbəstdirlər: "Biz telekanalların daxili işlərinə qarışa bilmərik. Amma telekanallar uşaqlarla bağlı verilişləri çox az göstərirlər və göstərdikləri də çox keyfiyyətli deyil. Milli Televiziya və Radio Şurası daim bunu telekanalların nəzərinə çatdırır, tövsiyələr verir, amma çox təəssüf ki, hələ bu sahədə işlər ürəkaçan deyil".



Sizin Reklam Yeriniz