Əlaqə Arxiv
news Image
2012.06.13
18:43
| A A A
Turqut Özalın məzarı açıla bilər
Türkiyə Dövlət Nəzarət Təşkilatı ölkənin 8-ci prezidenti Turqut Özalın ölüm səbəbi ilə bağlı ekspertiza rəyini açıqlayıb. Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, rəydə Turqut Özalın ölümü şübhəli sayılıb, həmin vaxt rəyin tibbi ekspertiza aparılmadan yazılması səhv hesab edilib. Türkiyə Dövlət Nəzarət Təşkilatı hesab edir ki, məsələ ilə bağlı inzibati və məhkəmə araşdırılmasının aparılmaması da anlaşılan deyil. Eyni zamanda Turqut Özalın qan örnəklərinin qeyri-müəyyən olduğu və ifadəsi alınan insanların olayı xatırlamadıqlarının müşahidə olunduğu vurğulanıb. Təşkilatın rəyində sabiq prezidentin ölümü ilə əlaqədar Hacettepe Universiteti tərəfindən yazılan rəydə ziddiyyətlər olduğu da qeyd edilib. Qurum Turqut Özala ilk müdaxilənin gec olduğu və xəstəxanaya gec aparıldığı qənaətinə gəlib, indi məzarının açılaraq tibbi ekspertiza təşkil olunması zəruri sayıb. 

Türkiyə Dövlət Nəzarət Təşkilatının rəyi Türkiyə prezidenti və baş nazirinə göndəriləcək.
Sizin Reklam Yeriniz