“Forbes” jurnalının lisenziyası geri alınır
ABŞ-ın "Forbes" jurnalı "UMN Gruop" nəşriyyat evinin lisenziyasını
almağa çalışır. Movqe.az-ın məlumatına görə, "Forbes"in baş
ofisinin bu nəşriyyat evinin lisenziyasının geri alınması haqqında
xəbəri ABŞ-da "Forbes" jurnalının nümayəndəsi Miya Karnobel
təsdiqləyib.Onun sözlərinə görə, jurnalın ABŞ-dakı naşirləri
Ukraynadakı "Forbes" jurnalının vəziyyətini ətraflı surətdə
araşdırıb. "Bir neçə ay əvvəl, biz yerli məsləhətçi tutduq və indi
biz bizim lisenziya haqqında müqaviləmizi pozmağa hazırlaşırıq".
Həmin nəşriyyat evinin sahibi Sergey Kurçenkodur.Qeyd edək ki,
Forbslar ailəsinin üzvü Migel Forbs nəşriyyat evini tərk edərkən
jurnalın nəşri haqqında lisenziyanın Kurçenkoya verilməsini
dəstəkləmişdi.