Əlaqə Arxiv
news Image
2014.03.09
09:29
| A A A
Bakıda avtobus işıq dirəklərinə çırpılıb, sürücü xəsarət alıb
Martın 9-da gecə Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib.

Verilən məlumata görə , Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusu yol kənarındakı işıq dirəklərinə çırpılıb.

Nəticədə, avtobus deformasiyaya uğrayıb, avtomobildə olan sürücü sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsi avtobusdan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər.

Sizin Reklam Yeriniz