Əlaqə Arxiv
news Image
2014.03.09
11:00
| A A A
Bu ilin iki ayı ərzində yarmarkalarda 270 nəfər iş tapıb
Bu ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə 1363 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu göndəriş Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilib.

Bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Bakı rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.

Sizin Reklam Yeriniz