Əlaqə Arxiv
news Image
2014.03.09
15:40
| A A A
Azərbaycan velosipedçiləri Tayvanda
5 günlük yürüşün bu gün keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı "Tayvan turu"nda mübarizəyə başlayıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən verdiyi məlumata görə, 5 günlük yürüşün bu gün keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.

"Synergy Baku" üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.

Komanda üzvlərimizin bu nəticəsi "Synergy Baku"nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.
Sizin Reklam Yeriniz