Əlaqə Arxiv
news Image
2014.03.09
18:14
| A A A
Ukraynanın baş naziri Arseniy Yatsenyuk ABŞ-a səfər edəcək

Ukraynanın baş naziri Arseniy Yatsenyuk gələn həftə ərzində ABŞ-a səfər edəcək.


Səfərin məqsədi Krım məsələsində Rusiya ilə yaranmış qarşıdurmanı ən yüksək səviyyədə müzakirə etməkdir.

A. Yatsenyuk bu barədə Ali Radanın martın 8-də keçirilmiş iclasında bildirib.

Bundan əvvəl baş nazir Taras Şevçenkonun 200 illiyi münasibətilə martın 8-də keçirilən mitinqdə bildirib ki, Ukrayna öz torpaqlarının 1 sm-ni belə güzəştə getməyəcək və Rusiya ilə konflikti yalnız və yalnız siyasi-diplomatik yolla həll etmək niyyətindədir.


Sizin Reklam Yeriniz