Əlaqə Arxiv
news Image
2014.03.09
18:41
| A A A
Azərbaycanda alim dəm qazından zəhərlənib
Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Bağ evində yaşayan, 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib.

Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.

Qeyd edək ki, Ə. Musayev Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir.

Faktla bağlı araşdırmalar aparılır.
Sizin Reklam Yeriniz