Əlaqə Arxiv
news Image
2014.03.10
15:23
| A A A
Azərbaycan əsgərinin əlində patron partladı
Ehtiyatsızlıqdan sağ əlinin üç barmağını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elmir Hüseynov hospitala yerləşdirilib Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralanıb. 

Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə əsgər sağ əlinin üç barmağını itirib. E.Hüseynov hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. 

Qeyd edək ki, E.Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb.
Sizin Reklam Yeriniz