Əlaqə Arxiv
news Image
2014.03.10
19:30
| A A A
Yol polisinin törətdiyi qəza araşdırılır

Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi bu gecə saat 00:30 radələrində Bakıda Azadlıq prospektinin Xəqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və "VAZ 2107" markalı avtomobilin iştirakı ilə baş vermiş yol qəzasına aydınlıq gətirib.İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə açıqlamasında hadisə ilə bağlı dezinformasiyalar yayıldığını bildirib.V.Əsədov qeyd edib ki, hadisə həqiqətən də qeydə alınıb və nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb: "Bununla bağlı bəzi KİV-lərdə qəzaya guya, "VAZ 2107" markalı avtomobilin sürücüsünün sərxoş olması, yaxud da yol polisi avtomobilinin hansısa avtomobili qovması və işıqforun qırmızı işığında hərəkət etməsinin səbəb olduğu kimi informasiyalar yayılıb".Onun szölərinə görə, hal-hazırda hadisənin baş vermə səbəbləri Səbail rayon Polis İdarəsi tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək: "Kim nə bilir ki, "VAZ 2107"-nin sürücüsü sərxoş olub və yaxud yol polisi kimisə qovurmuş?"V.Əsədov qeyd edib ki, bəzi KİV-lər bu cür dezinformasiyalarla ictimaiyyətdə çaşqınlıq yaradıb: "Bu tezliklə hadisə barəsində informasiya yaymaq düzgün deyil".

Sizin Reklam Yeriniz