Əlaqə Arxiv
news Image
2014.03.10
21:27
| A A A
Mixail Xodorkovski Putini tənqid edib
Xodorkovski Krımın ruslar üçün "müqəddəs yer" olduğunu və Kiyev tərəfindən bunun nəzərə alınmasının vacibliyini bildirib Bir qədər əvvəl azadlığa çıxan Mixail Xodorkovski Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyib. Movqe.az-ın məlumatına görə, Xodorkovski Kiyevdə Ukrayna Dövlət Texniki universitetinin tələbələri qarşısında çıxış edərkən bildirib ki, Rusiya 19-cü əsrdəki kimi addım atıb.Xodorkovski Krımın ruslar üçün "müqəddəs yer" olduğunu və Kiyev tərəfindən bunun nəzərə alınmasının vacibliyini bildirib.Onun sözlərinə görə, Krıma geniş muxtariyyətin verilməsi və yarımadada birgə Rusiya-Ukrayna iqtisadiyyat zonasının yaradılması yaranmış böhrandan ən yaxşı çıxış yolu olardı.Tələbələr Xodorkivskinin dediklərinin heç də hamısı ilə razılaşmayıb. Onların fikrincə, Xodorkovski Rusiyanı Ukraynanın "böyük qardaş"ı kimi görür.
Sizin Reklam Yeriniz