Əlaqə Arxiv
news Image
2014.03.11
09:16
| A A A
Binəqədidə qəza tıxac yaratdı

Bakının Binəqədi rayonu, Azadlıq prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.APA-nın xəbərinə görə, "90 GJ 651" dövlət nömrə nişanlı "Saipa" markalı avtomobillə "50 CB 637" nömrəli "VAZ 2107" toqquşub.Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəza Azadlıq prospektinin "Vorovski dairəsi" kimi tanınan hissəsində uzun tıxacın yaranmasına səbəb olub.Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər.  Qəzada iştirak edən avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, qəzanın səbəbkarı "Saipa"nın sürücüsü olub. O, gözləmə nişanın tələbinə riayət etməyib

Sizin Reklam Yeriniz