Əlaqə Arxiv
news Image
2014.03.11
09:45
| A A A
Bakıda konfet kağızından narkotik maddə çıxdı (FOTO)
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Movqe.az-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkuma gətirilmiş sovqatın içərisində narkotik maddə tapılıb.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 228.1; 232.2.1 və 232.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Eldar Ələddin oğlu Nəzərova tanışı Taleh Feyruz oğlu Muxtarovun gətirdiyi sovqata baxış keçirilən zaman konfet kağızına bükülərək gizlədilmiş, xalis çəkisi 6.257 qram olan narkotik maddə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Sizin Reklam Yeriniz