Əlaqə Arxiv
news Image
2014.03.11
11:54
| A A A
Bu ölkə bayrağını dəyişdirir!

"Yeni Zellandiya milli bayrağını dəyişmək üçün referendum keçirəcək" bu haqda Xarici İşlər Nazri Con Key bildirib. Seçkilərin 20 sentyabrda keçirilməsi çağırışını edən cənab Con Key, bu seçkilərin əslində 3 il ərzində keçirilməsinin lazım olduğunu qeyd edib. Bu haqda Movqe.Az BBC-yə istinad edir.

 Hazırki bayraq Cənubi Kross bürcünü  və İngiltərə milli bayrağının bir hissəsini əhatə edir.

 Cənab Key bayrağın Yeni Zellandiyanın köçürülməsiylə bağlı tarixi bir dövrü təmsil etdiyini deyib.

 

"Bu mənim inamımdır..bayrağın hazırki dizaynı keçmişdəki koloniya və post-koloniya dövrünü əhatə edir." Bu sözləri o, Viktoriya Universitetindəki çıxışında deyib.

 Yeni Zelandiya bayrağı , tünd mavi zəminlidir, sol üst tərəfdə Birləşmiş Krallıq simvoluna və sağ tərəfdə olan Cənub bürc ulduzu formasında düzülmüş olan , 4 ədəd hər biri 5 bucaqlı və ətrafı incə ağ xətlərlə çevrilmiş olan ulduzlardan ibarətdir.

 Birləşmiş Krallıq simvolu , Yeni Zelandiyanın İngilis Millətlər Birliyinin mirası olduğunu ( müstəmləkəsi ) təmsil edir. Mavi arxa plan , səmanı və dənizi simvollaşdırma edər. Dörd ulduz , Cənubi sıra ulduzlarından Alfa , Beta , Gamma və Deltanıı təmsil edir . Cənub bürcü , cənub yarımkürədə əhəmiyyətli bir bürc olub , Yeni Zelandiyanın coğrafi mövqeyi təmsil edir .

 Yeni Zelandiya bayrağı , 12 İyun 1902-ci il tarixində qəbul edilmişdir , lakin bayraq əslində 1869 -ci ildə tanıdılmışdı. Yeni Zelandiya , 26 Sentyabr 1907 tarixində İngiltərədən ayrılaraq, müstəqilliyini qazandı. 1865-ci ilə qədər , Yeni Zelandiya bayrağında Birləşmiş Krallıq simvolu istifadə edilib. 1867-ci ildə , üzərində NZ hərfləri olan indikindən bənzər bir bayraq tanıdılıb. 1869-cu ildə , hərflərin yerini dörd ulduz almışdır.

 1973 -ci ildən bu yana Yeni Zelandiya bayrağını dəyişdirmək üçün bir çox cəhdlər olub . Görünür bu cəhdlər nəhayət reallaşacaq. 

Sizin Reklam Yeriniz