Əlaqə Arxiv
news Image
2014.03.11
13:11
| A A A
Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanını qəbul edib

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Dövlətimizin başçısı bildirdi ki, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hərbi sahədə əməkdaşlığımızı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən Prezident İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd etdi.


Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akar ilk dəfə ölkəmizə 1994-cü ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırladı. Ötən dövr ərzində Bakıda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayan Hulusi Akar ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda yüksək təəssürat yaratdığını dedi.  

Sizin Reklam Yeriniz