Əlaqə Arxiv
news Image
2014.03.11
17:27
| A A A
Yanukoviç media qarşısına çıxdı

Viktor Yanukoviç, növbəti dəfə  mətbuat qarşısına keçərək beynəlxalq təşkilatlara, Ukraynada hökumətin başına keçmək istəyənləri dəstəkləməmələrini və Mayda tərtib ediləcək  seçkilərin qanunlara zidd olduğunu bildirib.

Movqe.Az xəbər verir ki, sıx təhlükəsizlik tədbirlərinin alındığı və 100 jurnalistin təqib etdiyi Viktor Yanukoviç , Ukraynaya dönmək üçün çox gözləmək istəmədiyini deyərək , "Ukraynada haqqımda bir çox xəbər çıxıb. Hələ yaşadığımı və özümü yaxşı hiss etdiyimi söyləmək istəyirəm. Ukraynada olanları böyük narahatlıqla izləyirəm "deyə bildirib.

Yanukoviç , açıqladı:

 "Ukrayna xalqını qorumaq ilk planımızdı . Lakin , hökuməti əli silahlı adamların ələ keçərməsindən sonra bu qeyri-mümkün hala gəldi. Siz , hökuməti ələ keçirən və "vur" əmri verənlər gec və ya tez cəzalandırılacaqsınız".

 Yanukoviç , Ukraynada hökuməti ələ keçirənlərin Ukrayna vətəndaşlarının maaşlarında fasilə etmə niyyətlərinin insanlıqdan kənar olduğunu açıqlayaraq , "Onların gəlirləri , təqaüdçü maaşlarını kəsmək üçün atdıqları addımlar insanlıqdan kənardır. Mənim üçün Ukrayna xalqının həyat şərtlərini qorumaq ön planda idi. Növbəti günlərdə ölkənin sosial-iqtisadi vəziyyəti pisləşəcək və bu xalq üçün çox böyük bir zərbə olacaq. Hökumətin başında olanlar bunu mənim və Rusiyanın üstünə atmağa çalışacaqlar " deyə bildirib.

Sizin Reklam Yeriniz