Əlaqə Arxiv
news Image
2014.03.11
18:08
| A A A
Putin Krım tatarlarının liderini görüşə çağırdı
Mustafa Cəmil: “Rəhbərliklə məsləhətləşəcəm. Hər halda onlar mənimlə rus qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər”

Rusiya prezidenti Vladimir Putin Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının keçmiş Məclis sədri Mustafa Cəmili Kremlə danışıqlara dəvət edib. Müzakirə mövzusu isə Kırmdakı vəziyyət olmalıdır. Bu barədə Mustafa Cəmilin özü jurnalistlərə bildirib.Deputat hesab edir ki, Putin onunla Krımdakı qarşıdurma barədə danışmaq və Krım tatarlarını öz tərəfinə çəkmək istəyir. Mustafa Cəmil Moskvaya gedib-getməyəcəyinə hələ qərar verməyib. "Rəhbərliklə məsləhətləşəcəm. Hər halda onlar mənimlə rus qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər, nəsə təklif edəcəklər", - deyə Mustafa Cəmil qeyd edib. Krım tatarları Muxtar Respublikanın separatçı rəhbərliyinin mövqeyinə qarşı çıxır və Ukraynanın ərazi bütövlüyünü müdafiə edir. Bir qədər əvvəl Krım MR Ali Radası tatarların hüquqlarına təminat verilməsi haqda qərar qəbul etmişdi. Mustafa Cəmil bu qərarı "Krımın aborogen əhalisinin dəstəyini almaq cəhdi" kimi qiymətləndirir. Tatarların Məclisi də bu qərarı nəhayət, onların tələblərinin nəzərə alınması hesab etsə də, bununla Ukraynanın ərazi bütövlüyü və 16 mart referendumu haqda mövqelərinin dəyişəcəyinə ümid bəslənilməli olmadığını vurğulayıb.

Sizin Reklam Yeriniz