Əlaqə Arxiv
news Image
2014.03.11
18:13
| A A A
"Putin dəhşətli səhv edir”
"Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişə baş verə bilər"

"Krım münaqişəsini nəzəri cəhətdən həll etmək mümkündür, ancaq Kremli Allahlıq iddiasında olan irrasional lider idarə etdiyindən bunu təsəvvür etmək çətindir". Bunu politoloq Zbiqnev Bjezinski Fransanın "La Figaro" qəzetinə deyib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Krımı Ukraynadan güc yolu ilə qoparmağa hazırlaşır. Ancaq bu halda o, Ukraynanı on illərlə itirəcək, Moskvanın Ukrayna ilə münasibətləri isə vacibdir. "Belə təsəvvür edək ki, Putinə Krımı Ukraynadan həmişəlik ayırmaq nəsib olacaq. O, Krımı alacaq, ancaq on illərlə Ukraynanı itirəcək, ona görə ki, bu addım Moskva əleyhinə çox güclü milli reaksiyaya səbəb olacaq. Putin dəhşətli səhv edir", - deyə Bjezinski bildirib.Politoloq qeyd edib ki, əgər Rusiya Ukraynaya hərbi təzyiqini davam etdirərsə, Kiyev tez, yaxud gec müqavimət göstərməyə başlayacaq. O zaman Qərb Ukraynanın özünü necə müdafiə etdiyini görüb müdaxilə edəcək, müdafiəsinə qalxacaq. Politoloqun sözlərinə görə, bu halda Ukraynada İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük hərbi münaqişə baş verə bilər.Bjezinski bildirib ki, Putin Rusiya üçün nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirməyə və əlverişli qərar qəbul etməyə qadir deyil.

Sizin Reklam Yeriniz