Əlaqə Arxiv
news Image
2014.03.11
18:18
| A A A
Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henrik Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Movqe.az-ın məlumatına görə, görüş zamanı H.Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirib.Prezident İlham Əliyev isə son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu və hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini, həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını deyib. Dövlət başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd edib.

Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Görüşdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz