Əlaqə Arxiv
news Image
2014.03.11
19:10
| A A A
Türkiyədə kütləvi etiraz aksiyaları başlayır

Türkiyədə 9 ay bundan əvvəl Gezi Parkı etirazları zamanı başından yara almış 15 yaşlı yeniyetmə İstanbul xəstəxanasında vəfat edib.Publika.Az BBC-yə istinadən xəbər verir ki,ötən ilin iyun yayında Gezi Parkı ilə bağlı hadisələr zamanı polisin atəş açdığı gözyaşardıcı qaz kanistri yeniyetmənin kəllə nahiyyəsinə dəyərək, Berkin Elvanın komaya düşməsinə səbəb olmuşdu.

 

 

Berkin Elvanın ölümü ötən ilin iyun ayında İstanbulun Gezi Parkında başlamış və bütün Türkiyəyə yayılmış etirazlar nəticəsində ölənlərin sayını 8 nəfərə çatdırıb.

 

 

Yeniyetmənin ölüm xəbəri Tvitter və digər sosial şəbəkələr vasitəsilə yayıldıqdan sonra xəstəxana qarşısına Berkin Elvanın xatirəsini yad edənlər toplaşıb.Bundan sonra xəstəxana qarşısına polis qüvvələri gələrək kütləni dağıtmağa cəhd edib.

Berkin Elvanın keçən ilki hadisələrdə yaralanması etirazçıların qəzəbinə səbəb olmuşdu.

Polislə etirazçılar arasında toqquşma baş verib, polis bibər qazından istifadə edib, öz növbəsində etirazçılar polisin zirehli avtomobilinə hücum ediblər.

 

Ölən oğlanın ailəsi onun 269 gün ərzində koma vəzyyətində qaldığını bildirib.

İstanbulun kənarındakı Okmeydanda polisin atəş açdığı qaz kanistrindən zədə alarkən Berkin Elvanın 14 yaşı olub.Gezi Parkı etirazı ilə bağlı ötən il baş vermiş hadisələr zamanı minlərlə insanın yaralandığı bildirilir.

 

Həmin hadisələrilə bağlı ölən 8 nəfərdən 1 nəfəri polis əməkdaşıdır.Vəfat etmiş yeniyetmənin dəfn mərasimi çərşənbə gününə təyin olunub.

Bu arada İstanbul və Ankarada etiraz aksiyalarının keçəcəyi gözlənilirdir.

 

 

 Ankarada  Bəkir Əlvanın ölümünə etiraz olaraq aksiyalar keçirilir.Trend-in "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, minlərlə etirazçı hazırda Orta Doğu Texniki Universitetinin qarşısına toplaşır.

 

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib.Qeyd edək ki, B.Əlvan polisin açdığı atəş nəticəsində başından yaralanmışdı.

Sizin Reklam Yeriniz