Əlaqə Arxiv
news Image
2014.03.11
18:30
| A A A
DİN Aqil Abbasın oğlunun öz işçisini döyməsi barədə yayılan məlumatları təkzib edib

Daxili İşlər Nazirliyi bölmə rəisinin öz işçisini döyməsi barədə yayılan məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun bölmənin digər əməkdaşını döyməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Sadəcə, bölmə rəisi ilə əməkdaş arasında mübahisə yaranıb və bununla əlaqədar da araşdırma aparılır". Qeyd edək ki, Qafqazinfo.az saytı 30-cu Polis Bölməsinin rəisi T.Abbasovla həmin bölmənin işçisi, polis mayoru Bağır Səlimov arasında dava düşməsi barədə məlumat yayıb. Məlumata görə, davanın baş verməsinə səbəb Bağır Səlimovun Suraxanı rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimovun qəbuluna öz rəisi Tuncay Abbasovdan xəbərsiz getməsi olub. Qəbuldan çıxandan sonra Tuncay Abbasov Bağır Səlimovu döyüb. Hadisə kameraların yaddaşına da düşüb. Xatırladaq ki, yazıda adı hallanan T.Abbasov Milli Məclisin deputatı Aqil Abbasın oğludur.

Sizin Reklam Yeriniz