Əlaqə Arxiv
news Image
2014.03.11
19:13
| A A A
İstehlak bazarında monitorinqlər davam etdirilir

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Yasamal rayonunda

- Z.Xəlilov küçəsi, ev 68 ünvanında Elşad Əliyevə məxsus mağazada;

Sumqayıt şəhərində

- 2-ci mikrorayon, Sülh küçəsində Səidə Abdullayevaya məxsus mağazada;

- 3-cü mikrorayonda Azad Şərbətova, Emma Əliyevaya və Eldar Şıxıyevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Suraxanı rayonunda

- Hövsan qəsəbəsində İradə Əbilovaya, Qüdrət Fətəliyevə və Mikayıl Bayramova məxsus mağazalarda;

Yasamal rayonunda

- R.Tağıyev küçəsi, ev 79B ünvanında Sərxan Camalova məxsus mağazada;

- B.Bağırova küçəsi, ev 5 ünvanında Gülnaz Quliyevaya məxsus mağazada;

- Z.Xəlilov küçəsi, ev 30A ünvanında Şakir Nəsibova məxsus mağazada;

Şəmkir şəhərində

- 20 Yanvar küçəsində Feyruz İbrahimova və Kazım Qasımova məxsus mağazalarda;

Samux rayonunda

- Bağmanlar kəndində Zahid Bayramquliyevə məxsus mağazada;

- İnstitut qəsəbəsində Şöhrət Cəfərova məxsus mağazada;

Zərdab şəhərində

- H.Əliyev prospektində Ramiz Babayevə məxsus mağazada;

Mingəçevir şəhərində

- H.Həmidov küçəsində Günel Qasımovaya məxsus mağazada;

Bərdə rayonunda

- Şirvanlı kəndində Azad Nərimanova məxsus mağazada;

Quba rayonunda

- Nügədi Qazmalar kəndində Ramiz Şükürova məxsus mağazada;

Xaçmaz rayonunda

- Qusarçay kəndində Lətifə Mahmudovaya məxsus mağazada;

Qobustan şəhərində

- H.Əliyev küçəsində Rasim Alamanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Ümumilikdə, monitorinqlər zamanı 680 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Sizin Reklam Yeriniz