Əlaqə Arxiv
news Image
2014.03.11
18:50
| A A A
Məcburi köçkünlər yataqxanalardan məcburi köçürülür

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, C. Hacıbəyli küçəsindəki yataqxanalardan çıxmaq istəməyən məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb.APA-nın məlumatına görə, sökülməsi nəzərdə tutulan yataqxanalardan məcburi köçkünlərin çıxarılması prosesinə polis əməkdaşları da cəlb edilib.Qeyd edək ki, keçən il avqustun 1-dən ADNA-nın yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlərin Masazır qəsəbəsində tikilən yeni mənzillərə köçürülməsi prosesi başlayıb. Ancaq 20-dək ailə yataqxanalardan köçməklə razılaşmayıb.Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindənAPA-ya bildirilib ki, həmin yataqxanalarda qalmış 20 ailədən 7 məcburi köçkün ailəsinə də mənzillər və orderlər verilib. Lakin həmin insanlar qeyri-müəyyən səbəbə görə yeni mənzillərə köçmürlər. Mənzil bölgüsündən narazı olan bu məcburi köçkün ailələri ilə bərabər yataqxanalarda faktiki orada yaşamayan, sonradan müxtəlif yollarla yataqxanalara yerləşən, o cümlədən məcburi köçkün statusu olmaya ailələr də var. Dövlət Komitəsi həmin ailələrə mənzil düşmədiyini açıqlayıb: "Hazırda həmin yataqxanaların sökülməsi və digər məsələlərə isə biz baxmırıq"

Sizin Reklam Yeriniz