Əlaqə Arxiv
news Image
2014.03.12
09:10
| A A A
Azərbaycanda yeni külək elektrik stansiyaları tikiləcək
2014-2020-ci illər ərzində Azərbaycanda ümumilikdə 512,5 meqavat gücündə külək elektrik stansiyaları tikiləcək. Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildiriblər ki, üç mərhələdə reallaşdırılması planlaşdırılan layihələrin 2014-2016-ci illəri əhatə edən birinci mərhələsində 150 meqavat külək elektrik stansiyaları tikilərək istifadəyə veriləcək. İkinci mərhələdə, yəni 2017-2018-ci illər ərzində 150 meqavat gücündə və 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələdə isə 212,5 meqavat gücündə külək elektrik stansiyaları inşa ediləcək.


Sizin Reklam Yeriniz