Əlaqə Arxiv
news Image
2014.03.12
12:48
| A A A
Azərbaycan qadınların dövlət qurumlarında təmsilçiliyinə görə 92 yerdə qərarlaşıb

Qadınlar siyasətdə lazımi səviyyədə təmsil olunmayıblar. 2013-cü ilin sonunda qlobal miqyasda qadınların parlamentlərdə təmsilçiliyi 21,8 faiz təşkil edib.  BMT məlumat mərkəzinin vediyi xəbərə görə, bu barədə "Qadınlar siyasətdə 2014" parlamentlərarası ittifaqın yeni araşdırmasında deyilir. Araşdırmada dünyada qadınların hökumət və parlamentlərdə təmsilçiliyi ilə bağlı vəziyyət öz əksini tapıb. Araşdırma müəllifləri qeyd edir ki, deputatlar arasında gender bərabərliyi ilə bağlı ən yaxşı vəziyyət Cənubi və Şimali Amerika ölkələrindədir. Bu ölkələrdə xanım deputatların sayı 25 faizdən çoxdur.   

 Müvafiq reytinqdə Azərbaycan 92-ci yerdə qərarlaşıb. Ölkəmizin qanunvericilik orqanında təmsil olunan deputların 15,6 faizi zərif cinsin nümayəndələridir. Qonşu Gürcüstan 109, Ermənistan 115, Rusiya 99, Ukrayna isə 120-ci yerdə qərarlaşıb.

Palau, Qətər və Vanuatu kimi ölkələrin parlamentlərində isə qadınlar təmsil olunmayıb. Araşdırmanın nəticələrinə əsasən, Azərbaycan hökumətində 36 postdan yalnız biri xanıma həvalə olunub. Beləliklə, Azərbaycan hökumətində qadınların təmsilçiliyi 2,8 faiz təşkil edir. Gürcüstan hökumətində müvafiq göstərici 21,2 faiz, Ermənistanda isə 11,1 faiz təşkil edir.

 Dünyada 8 ölkənin hökumətlərində qadınlar ümumiyyətlə təmsil olunmayıb. Söhbət Livan, Səudiyyə Ərəbistanı, Pakistan, Bruney, San-Marino, Bosniya və Herseqovina, Solomon adaları və Vanuatudur.

Sizin Reklam Yeriniz