Azərbaycanda ucuz seks xidməti təklif edənlərin prezervativlərdən imtinası QİÇS və Hepatitə yoluxanların sayını artırıb
"Azərbaycanda ucuz seks xidməti təklif edən qadınların
prezervativlərdən (qoruyucu) istifadə etməməsi ölkədə QİÇS və
Hepatitə yoluxanların sayını günü-gündən artırır". Bu sözləri
Movqe.az-a açıqlamasında Qadın Krizis
Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki,
Bakı ətrafındakı kiçik kafelərdə v rayonlardakı motellərdə ucuz
seks xidməti təklif edən qadınların əksəriyyəti prezervativlərdən
istifadə etmirlər: "Bizim Mərkəzə müraciət edən fahişəliklə məşğul
olan qadınlar özləri etiraf edirlər ki, nə onların özləri nə də ki,
seks xidmətindən istifadə edən kişilər prezervativlərdən istifadə
etmirlər. Bunun səbəbini isə ucuz xidmət təklif etmələri ilə
əlaqələndirərək hər dəfə cinsi əlaqənin müqabilində 5 manat pul
almaları ilə izah edirdilər".
M.Əzizova proses belə davam edərsə ucuz seks xidməti təklif edən
qadınların və bu xidmətdən yararlanan kişilərin prezervativlərdən
istifadə etməməsinin QİÇS və Hepatit kimi, təhlükəli xəstəliklərin
qorxunc statistika yaradacağını söyləyir.