Əlaqə Arxiv
news Image
2014.03.12
19:42
| A A A
AZAL: Bakı-Simferopol aviareysinin nə vaxt bərpa olunacağı bilinmir

Bakı-Simferopol marşrutu ilə mövsümü aviareysin nə zaman bərpa olunacağı hələlik məlum deyil. İlkin olaraq aviareysin martın 24-dən yerinə yetirilməsinə başlanması planlaşdırılsa da, uçuşların həyata keçirilməsi məsələsinə hələlik aydınlıq gətirilməyib.


Bu barədə "APA-Economics"ə Heydər Əliyev Hava Limanından bildirilib. Məlumata görə, bu istiqamətdə aviabiletlərin satışı da hələ reallaşdırılmır.

 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə əlavə edib ki, ümumiyyətlə, Bakı-Simferopol istiqamətində uçuş mövsümü xarakter daşıyır və adətən yaz-yay aylarında yerinə yetirilir: "Lakin hələlik bu haqda dəqiq məlumat mövcud deyil".

 

Qeyd edək ki, bu istiqamətdə uçuşları "Azərbaycan Hava Yolları" QSC (AZAL) həyata keçirir.

 

Qeyd edək ki, martın əvvəlində Heydər Əliyev Hava Limanından verilən məlumatda bildirilib ki, Ukraynada siyasi vəziyytin gərginləşməsinə baxmayaraq, bu ölkəyə mövcud uçuşlarda problem yaranmayıb.

 

Xatırladaq ki, Ukraynada baş verən siyasi böhran nəticəsində silahlı qruplaşmalar Krımın paytaxtı Simferopolu və Belbek hava limanını ələ keçiriblər.

Sizin Reklam Yeriniz