Pentaqon Polşaya F16 qırıcıları və 300 hərbçi göndərir
Bu həftənin sonunadək ABŞ Polşaya 12 F16 qırıcısı və 300 hərbçi
göndərəcək. Movqe.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi
məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv
Uorren bəyan edib.Onun sözlərinə görə, qərar Ukraynada cərəyan edən
son hadisələr ilə bağlı qəbul edilib. Hava texnikası və hərbçilər
Polşaya ABŞ-ın Avianoda (İtaliya) yerləşən hərbi bazasından
yollanacaq.Öz növbəsində, Polşanın müdafiə naziri Tomaş Semonyak
bildirib ki, ABŞ hərbi təyyarələri və hərbçiləri ölkəyə təlimlər
keçirmək üçün gəlir.