Əlaqə Arxiv
news Image
2014.03.13
09:30
| A A A
Azərbaycandan Rusiyaya miqrant axını azalıb

Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb. Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib.K. Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib: "Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar (-33%), Qırğızıstandan (-28,7%), Azərbaycandan (-27,6%), Tacikistandan (-23,4%), Moldovadan (-23,4%) azalıb.Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan (+82%), Cənubi Koreyadan (+71,8%), ABŞ-dan (+38,6%), Yaponiyadan (+37%), Niderlandan (+36%) gələn miqrantların sayı artıb". Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib. 

Sizin Reklam Yeriniz