Əlaqə Arxiv
news Image
2014.03.13
10:10
| A A A
Bank sektorunun gəliri 1,5 dəfə artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb. Movqe.az xəbər verir ki, bu barədə AMB-nin hesabatında deyilir. Hesabata əsasən, 38 bankın gəliri 51,92 milyon manat, 5 bankın zərəri isə 2,85 milyon manat təşkil edib ki, bu da bank sisteminə 49,07 milyon manat xalis gəlir qazanmağa imkan verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında gəlirlə işləyən bankların sayı 3 ədəd artıb, sektorun ümumi gəliri isə 51,9 faiz çoxalıb. Bununla belə, zərərlə işləyən bankların sayı 8-dən 5-dək enib, ümumi zərər isə 1,7 dəfə azalıb. Qeyd edək ki, 38 bankın işinin yekunları üzrə müvafiq dövrdə əldə olunan bank sisteminin maksimum gəlir göstəricisi 2013-cü ilin noyabrında 346,89 milyon manat həcmində qeydə alınıb. Həmin ayda 334,16 milyon manat həcmində maksimum xalis gəlir əldə olunub. Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla: Dövrlər


Gəlirlə işləyən bankların sayı

Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə)

Bankların əldə etdiyi yekun gəlir (+) və ya zərər (-)

01.02.2013

35

34,19

8

-4,93

29,26

01.02.2014

38

51,92

5

- 2,85

49,07

Sizin Reklam Yeriniz