Əlaqə Arxiv
news Image
2014.03.13
10:58
| A A A
Obama: "Ukraynaya xalqının yanındayıq"

ABŞ prezidenti Barak Obama Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuku Ağ Evdə qəbul edib və ölkəsinin Ukraynanın yanında olacağını söyləyib.


Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Obama Rusiya lideri Vladimir Putinə Rusiya Krımdan əsgərlərini geri çəkmədiyi təqdirdə beynəlxalq cəmiyyətin " əvəz ödətməyə məcbur olacağı " xəbərdarlığını edib.


Bundan əvvəl də inkişaf etmiş ölkələrdən ibarət G7 qrupu bənzər bir xəbərdarlıq etmişdi.


Ukraynanın baş naziri Yatsenyuk Obamayla görüşündən sonra etdiyi şərhdə Ukraynanın "əsla Rusiyaya təslim olmayacağını " söyləyib.


Yatsenyuk , " Bütün beynəlxalq razılaşmalara zidd bir şəkildə 21-ci əsrdə Rus əsgərlərinin postallarının Ukrayna torpaqlarında olması qəbul edilə bilməz " deyib.


Krımda bu Bazar günü ediləcək referendumda bölgənin Rusiyaya qatılıb-qatılmamasına səs veriləcək.


Rus əsgərləri və Rusiya tərəfdarı milislər Ukraynaya aid olan və əhalisinin əksəriyyətini Rusların meydana gətirdiyi Krımdakı əhəmiyyətli nöqtələri ələ keçirib.


Obama , ölkəsinin "Rusiyanın torpaqları xaricindəki yerləri ələ keçirməsini beynəlxalq hüququn pozulması olduğu mövzusunda çox dəqiq mesajlar verdiyini" söyləyib.


Obama , " Ərazi bütövlüyü və suverenliyi bərqərar olana qədər Ukrayna və Ukrayna xalqının yanında olacağımızı qərarlı bir şəkildə söylədik" deyib.


Obama bu gün Londonda ABŞ xarici işlər naziri Con Keri və Rus həmkarı Sergey Lavrov arasında keçirilməsi planlaşdırılan görüş üçün də , diplomatik cəhdlərin " yenidən düşünmə prosesi "ilə  nəticələnəcəyinə ümid etdiyini söyləyib.


Lakin Obama , "Rusiya bu yolda davam etsə , yalnız biz deyil beynəlxalq cəmiyyət də Rusiyanın beynəlxalq hüququ pozuntularının və Ukraynadakı təcavüzünün əvəzini ödətməyə məcbur olacaq " deyib.


Lakin ABŞ prezidenti bu əvəzlərin dəqiq nə olacağı mövzusunda bir şərh etməyib.


Obama , " laqeyd " bir şəkildə təşkil olunduğu söylənilən Krımdakı referendumun nəticələrini də "tamamilə rədd edəcəklərini " vurğulayıb.



G7 ,  ölkələri də Rusiya belə bir addım atarsa ​​, özlərinin də ayrı-ayrı və kollektiv olaraq  tədbirlərə müraciət edəcəyini  söyləmişdi.


G7 ölkələri Krım referandumunun nəticələrinin də tanınmayaqlarını vurğulayıb.


Ağ Evdən yayımlanan G7 bildirişlərində , İngiltərə , Kanada , Fransa , Almaniya , İtaliya , Yaponiya və ABŞ və Avropa Birliyi , Rusiyadan " Krımın statusunu dəyişdirmə istiqamətindəki bütün səylərindən imtina etməsini " istəyiblər.



Sizin Reklam Yeriniz