Əlaqə Arxiv
news Image
2014.03.13
13:40
| A A A
Hacı Allahşükür Paşazadə zəlzələdən zərərçəkmişlərə maliyyə yardımı etdi
QMİ sədri Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı zəlzələdən zərərçəkmişlərə yardım həyata keçirib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı yardım həyata keçirib. 


Ans press-in bölgə müxbirinin verdiyi məlumata görə, Bütün Qafqazın Şeyxi Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. O, bu pulu rayon icra başçısına təqdim edib.


Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün 5 manat vəsait ödəyib. Bu məbləğ uniersitetin rəhbərliyinə təqdim olunub.


Qeyd edək ki, bu gün Zaqatalaya gələn A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak edib.


Sizin Reklam Yeriniz