Əlaqə Arxiv
news Image
2014.03.13
15:34
| A A A
İtkin təyyarədən son xəbər

Malayziya Hava yollarına  aid olan və 6 gündür itkin düşən təyyarənin aqibətilə əlaqədar Çin hökumətindən son dəqiqə şərhi gəlib. 

Movqe.Az xəbər veri ki, Çin peykinin Cənubi Çin dənizində qəzaya aid bir görüntü tutmuş ola biləcəyi bildirilib. Peyk qeydlərində dənizə böyük bir cisimin düşdüyünə aid görüntüləri qiymətləndirən Çin Elm Akademiyası sözü gedən görüntülərin Boeing 777-yə aid ola biləcəyini açıqlanıb. 


CNN-nin son dəqiqə inkişafı olaraq çatdırdığı xəbərə görə, peyk görüntülərində dəniz səthində 3 böyük parça görülüb. Malakka Körfəzi sahillərində 9 martda alınan qeydlər 239 nəfərin  olduğu təyyarə qəzasından 1 gün sonrasına aiddir. Lakin sözü gedən görüntülər çərşənbə gününə qədər açıqlanmayıb. Çin hökumətinin verdiyi məlumatın ardınca bölgəyə İndoneziya Dəniz Qüvvələrinə aid araşdırma gəmiləri göndərilib. 

Sizin Reklam Yeriniz