Əlaqə Arxiv
news Image
2014.03.13
16:44
| A A A
Xroniki böyrək xəstələrinin sayı açıqlanıb

"Bu gün Azərbaycanda xroniki böyrək xəstəliyindən əziyyət çəkən 2312 nəfər xəstə var və onların hər biri dövlət hesabına hemodializlə təmin olunublar".  Bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında bildirib. Onlar Azərbaycanın regionlarda yerləşən 23 və Bakıdakı 7 hemodializ mərkəzində dövlət hesabına hemodializlə təmin olunublar. Onun sözlərinə görə, bu gün inamla demək olar ki, hemodializ növbəsi yoxdur: "Ümumiyyətlə, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir. Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Bu gün Azərbaycanda hemodializ qəbul edən xəstələrin 30 faizə yaxınında böyrək xəstəliyinə səbəb şəkərli diabet olub. Bütün dünyada olduğu kimi ölkəmizdə də dializ qəbul edən xəstələrin yaş həddi 6 yaşla 82 yaş arasında dəyişir. Statistika göstərir ki, 35-55 yaş arasında olan insanlarda daha çox böyrək çatışmazlığı xəstəliyi qeydə alınıb".

F.Babayev əlavə edib ki, böyrək xəstələrinin sayında cinsə görə böyük bir fərq yoxdur. Onun sözlərinə görə, statistika xəstəlikdən əziyyət çəkən kişilərin qadınlardan 2-3 faiz çox olduğunu göstərir. O bildirib ki, hemodializ müalicədən daha çox yaşam tərzidir və bu, həmin xəstələrin yaşaması üçün bir yoldur: "Son illərdə regionlarda və eyni zamanda ötən il Sumqayıtda açıqlan böyük dializ mərkəzlərinin hesabına xəstələri tam dializlə təmin etmək mümkün olub. Bu il ərzində Astarada, Tovuzda və Ağcabədi rayonlarında yeni 3 mərkəz istifadəyə veriləcək".

Sizin Reklam Yeriniz