Əlaqə Arxiv
news Image
2014.03.13
19:13
| A A A
Azərbaycan Müəllimlər İnstitutunda seminar keçirilib

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) birgünlük seminar öz işinə başlayıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından metodistin vəzifələri" mövzusunda keçirilən tədbirdə AMİ-nin əlavə təhsil strukturlarının əməkdaşları AMİ filiallarının metodiki kabinet metodistləri iştirak edib.Seminarı AMİ-nin əlavə təhsil üzrə prorektoru, p.ü.f.d Rahim Əzizov açıb. Əlavə təhsildə mövcud vəziyyət və problemlərdən danışan prorektor əlavə təhsilin üzərinə düşən çoxsaylı vəzifələrin öhdəsindən gəlmək üçün bacarıqlı kadrlara ehtiyac olduğunu vurğulayıb: "Əlavə təhsillə bağlı qərarlardan xəbərsiz bəzi metodistlər də var. Bu da təbii olaraq İnstitut rəhbərliyini narahat edən məsələlərdəndir".İxtisasartırma təhsilinin planlaşdırılması, qrupların komplektləşdirilməsi, tədris-tematik planlardan istifadədə metodistlərin yol verdiyi qüsurlara da toxunan AMİ-nin ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı dosent Əsabəli Quliyev bu istiqamətdə filiallarının biri-biri ilə əməkdaşlığının və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.AMİ-nin təhsildə innovasiyalar kabinetinin müdiri Dilguşə Süleymanova metodistlərin peşəkarlıq səviyyəsinin formalaşmasında innovasiyaların rolundan danışıb. Metodistlərə bu mühüm amilə diqqət yetirməyi, bu yolla öz peşəkarlıqlarını artırmalarını tövsiyə edib.İnstitutun əlavə təhsilə xidmət kabinetinin müdiri Xuraman Nağızadə "Müasir metodist və müasir məktəb" standartlarından danışıb. AMİ-nin ixtisasartırma və yenidənhazırlanma fakültəsinin baş metodisti Nazir Məmmdov ixtisasartırma təhsilində sənədləşdirmənin aparılması barədə mövcud qaydalardan, müşahidə edilən problemlərdən danışıb.Seminar AMİ-nin əlavə təhsil strukturlarında təcrübə mübadiləsi ilə davam edib.

Sizin Reklam Yeriniz