Əlaqə Arxiv
news Image
2014.03.13
19:20
| A A A
"İnkişaf edən Azərbaycan"

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İnkişaf edən Azərbaycan" layihəsinə start verilib. Movqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən layihənin icraçısı İntizarə Məmmədova layihə haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Təbii ki, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşür.O bildirib ki, gənclərin dövlətin ictimai-siyasi həyatında fəal iştirak etməsi gənclər siyasətinin düzgün reallaşmasının göstəricisidir: "Məhz bütün bunları nəzərə alaraq bu layihə çərçivəsində gənclərə ölkədə həyata keçirilən irimiqyaslı layihələrdən, siyasi, iqtisadi, mədəni sahəsində qazanılan uğurlardan, idman nailiyyətlərindən ətraflı məlumat veriləcək".Daha sonra çıxış edənlər gənclərin ölkənin ictimai-siyasi həyatındakı yeri və rolundan danışıblar.Tədbir qarşılıqlı diskussiya şəraitində davam edib.

Sizin Reklam Yeriniz