Əlaqə Arxiv
news Image
2014.03.13
19:49
| A A A
Yaponiyanın dəstəyi ilə Hacıqabulda tibb məntəqəsi tikilib

Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Azərbaycan Uşaqlar Birliyinin həyata keçirdiyi "Hacıqabul rayonun Navahı kəndində tibb məntəqəsinin tikintisi" layihəsinin başa çatması ilə əlaqədar 13 mart 2014-cü il tarixdə açılış mərasimi təşkil edilib.Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Hacıqbul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə, eləcə də, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Ə.Muxtarov görülən işlərin regionların sosial inkişafına müsbət təsirindən danışdı. T.Takahaşi indiyə kimi Yaponiya səfirliyi xətti ilə Azərbaycanda həyata keçirilən layihələr haqqında qısa məlumat verdi və qeyd etdi ki, bu layihə Hacıqabulda Yaponiya səfirliyi tərəfindən maliyyələşən üçüncü işdir. Hazırkı layihə də daxil olmaqla hal-hazıra kimi Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Hacıqabulda üç layihə həyata keçirilmişdir. Buna qədər 2007-ci ildə Hacıqabul rayonu Kürsülü kəndində məktəb binasının tikintisinə 85,462 ABŞ dolları, Hacıqabul rayonu Abdulabad kəndində tibbi məntəqənin tikintisi üçün isə 115,131 ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılmışdı.

Mərasimində çıxış edən AUB sədri K.Ağazadə reallaşdırılan layihə haqqında məlumat verdi, bu layihənin həyata keçilməsində əməyi keçən hər bir kəsə, o cümlədən Yaponiya xalqına və Yaponiya hökumətinə rəhbərlik etdiyi təşkilat adından minnətdarlığını bildirdi.Sonra rəsmi açılış oldu, qonaqlar qırmızı lenti kəsdilər, tibbi məntəqənin yerləşəcəyi binadakı şəraitlə, orada quraşdırılan tibbi və digər müvafiq avadanlıqla, otaqların şəraiti ilə tanış oldular.Qeyd olunan layihə üzrə qrant sazişini Yaponiya Səfirliyi ilə Azərbaycan Uşaqlar Birliyi arasında 2013-cü ilin noyabrın 1-də imzalanmışdı. Layihənin əsas məqsədi Hacıqabul rayonunun Navahı kəndində yeni tibb məntəqəsi tikməklə həmin kəndin və ona qonşu olan, nisbətən yaxınlıqda yerləşən digər 4 kəndin (Qızılburun, Rəncbər, Qubalıbalaoğlan və Atbulaq) ümumən 14000 nəfərə yaxın sakininə göstəriləcək tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 121,504 ABŞ dollardır.Hazırkı layihə ilə bərabər bu vaxta qədər Yaponiyanın Azərbaycana ayırdığı layihələr üzrə imzalanmış müqavilələrin sayı 180-ə yaxındır. Bu layihələrin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına, yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilməsinə istiqamətlənib.

Sizin Reklam Yeriniz