Əlaqə Arxiv
news Image
2014.03.13
23:17
| A A A
Bakı bulvarında daha bir nəhəng layihə

Bakı bulvarında daha bir nəhəng layihənin icrasına başlanıb. Lent.az-ın məlumatına görə, Dənizkənarı Milli Parkın köhnə hissəsi ilə yeni hissəsinin birləşdiyi ərazidə, "Əl oyunları sarayı" ilə üzbəüz dəniz kənarında 35 mərtəbəli lüks otelin tikintisinə başlanılıb. "Full Moon" adlanan layihəni Almaniyanın məşhur "Heerim" şirkəti hazırlayıb və idarə edir. Layihəni Azərbaycanın iri tikinti şirkətlərindən biri icra edir. Bildirilir ki, "Foll Moon" layihəsi Bakı bulvarının digər ucunda, "Port Baku" ilə üzbəüz inşa olunan "Baku Cresent poroject" ilə oxşar olacaq. Hər iki layihə müasir "Waterfront" üslubunda işlənib."Full Moon" kompleksində ümumilikdə 382 otaq nəzərdə tutulub, layihənin ümumi sahəsi 104 min 182 kvadrat metrdir. 35 mərtəbəli lüks otelin maksimum hündürlüyü 158,68 metrdir.Qeyd edək ki, kompleksdə bir neçə bina yerləşəcək və həmin binalar dəniz sahilində sürünən "ilan" formalı kürsü ilə bir-biri ilə birləşəcək.

Sizin Reklam Yeriniz