Əlaqə Arxiv
news Image
2014.03.13
23:32
| A A A
Azərbaycan məhkəməsi “Facebook”la bağlı qərar verdi
Telejurnalist İlham Mirzəyevin www.facebook.com sosial şəbəkəsinə, Bakı şəhər sakini Lüdmila Əliyevaya, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. 

Nərimanov Rayon Məhkəməsi "Azadlıq" və "Yeni Müsavat" əleyhinə qərar qəbul edib. Qəzetlərin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutundan "Qafqazinfo"ya verilən məlumata görə, məhkəmə qərarına əsasən, hər iki qəzet İlham Mirzəyevin şikayəti əsasında 2013-cü ildə saxlanılmış Bakı şəhər sakini Asif Əliyevin anasının müsahibəsini dərc etdiyinə görə telejurnalistdən üzr istəməli, müsahibədəki fikirləri təkzib etməlidir."Yeni Müsavat" və "Azadlıq" qəzetləri təkzib verməli və iddiaçıdan üzr istəməli, Lüdmila Əliyeva iddiaçıya 2 000 manat ödəməli, www.facebook.com sosial şəbəkəsi isə "İlham Mirzəyevin yalanları" səhifəsini ləğv etməlidir. Media Hüququ İnstitutu qərardan apellyasiya şikayəti veriləcəyini bildirir.

Sizin Reklam Yeriniz