Əlaqə Arxiv
news Image
2014.03.14
09:07
| A A A
Bakıda iri ticarət mərkəzlərindən biri yanıb
Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb.  ANS PRESS-in xəbərinə görə, hadisə "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı "Moskva Univermağı" adlanan ticarət mərkəzində baş verib.  Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib. Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının 4 yanğınsöndürən maşını 2 təcili yardım cəlb olunub.  İlkin ehtimala görə, yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi güman olunur. Hadisə səhər saatlarında baş verdiyindən yanğın nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, 2 gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan "Sahil" ticarət mərkəzində də yanğın baş vermişdi. 
Sizin Reklam Yeriniz