Quş qripi şoku: 10 min toyuq tələf ediləcək
Hollandiyada quş qripi
aşkarlanıb. ANS PRESS-in xəbərinə
görə, Hollandiyanın Gelderland əyalətindəki bir toyuq fabrikində
quş qripi aşkarlandığı bildirilib. Buna səbəbdən də 10 min toyuq
tələf ediləcək. Ölkənin
İqtisadiyyat Nazirliyi aşkar edilən quş qripi növünün böyük
ehtimalla "h5" olduğunu bəyan edərək, bunun üçün Brünxem
şəhərindəki fermanın ətrafında bir sıra tədbirlər həyata
keçirildiyini bildirib. Açıqlamada
fermada olan 10 min toyuğun tələf ediləcəyi, quş qripi aşkarlanan
yerdən 1 kilometrlik məsafədə olan ev heyvanları, yumurta və toyuq
kübrəsinin daşınmasına qadağa qoyulacağı
deyilir. Nazirlik həmçinin,
sözügedən bölgədə olan 8 fermanın da yoxlanılacağını
açıqlayıb. Xatırladaq ki, keçən ay
ölkənin Flevolend əyalətindəki bir fermada quş qripi aşkar edilmiş
və 40 min toyuq tələf edilmişdi.