Səlim Müslümovdan yeni rəis təyinatı
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə
əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni
rəis təyin edilib. Nazirliyin İctimaiyyətlə
əlaqələr sektorunun müdiri Elman Babayevin
Movqe.az-a verdiyi xəbərə görə, Dövlət Əmək
Müfəttişliyi Xidmətinə yeni rəisi Fuad Rəhim oğlu Əlizadə olub.F.
Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər
Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan
Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi
fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və
kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə
olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra
Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla
iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin
aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar
şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri
üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri
vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Rus
və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.