Əlaqə Arxiv
news Image
2014.03.14
12:29
| A A A
Baş nazir parlamentdə hesabat verir

Azərbaycan Milli Məclisinin yaz sessiyasının bu gün növbəti plenar iclası keçirilir.


APA-nın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, iclasda hökumətin ötən il üzrə hesabatı dinləniləcək.

 

Spiker qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

 

Daha sonra baş nazir Artur Rasızadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim etməyə başlayıb.

 

İclasda Hökumət üzvləri də iştirak edirlər.

 

Qeyd edək ki, parlamentin bugünkü iclasında Cinayət Məcəlləsinə və Cinayət-Prosessual məcəllələrinə, o cümlədən "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər də müzakirə olunacaq.

Sizin Reklam Yeriniz