Əlaqə Arxiv
news Image
2014.03.14
13:01
| A A A
Zəlzələ olub

Yaponiyanın cənub-qərbində 6,3 bal gücündə zəlzələ meydana gəldiyi bildirilib.


Movqe.Az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi , Honşu , Şikoku və Kyuşu adaları arasında yerləşən Seto Daxili dənizindəki zəlzələnin yerli saatla səhər 02:06 qeydə alındığını açıqlayıb .


Xalq arasında çaxnaşmaya səbəb olan zəlzələdə ən az 18 nəfərin yaralandığı deyilib. Zəlzələdə bəzi su borularının partladığı , relslərin zərər gördüyü üçün qatar səfərlərinin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.


Zəlzələ və sunami , Fukuşima stansiyasında da radioaktiv sızıntıya gətirib çıxararaq Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olmuşdu. Üç reaktorun əriməsi nəticəsində ortaya çıxan radiasiya sızıntısının ardınca bölgədə yaşayan 160 min nəfər evakuasiya edilmişdi.

Sizin Reklam Yeriniz