Əlaqə Arxiv
news Image
2014.03.14
16:56
| A A A
Ketrin Eştonun İranda erməni kilsəsini ziyarət etməsi Azərbaycan rəsmisinin narazılığına səbəb olub
Novruz Məmmədov: “Yəqin xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, oranı ziyarət etsin”

Ketrin Eşton İranda səfərdə olarkən tarixi səfər edib, Yeni Culfada erməni kilsəsinə baş çəkib. Tam başa düşüləndir".

 

APA-nın xəbərinə görə, bunu öz "Twitter" səhfəsində Prezident Administrasiyası rəhbərinin müavini, beynalxəlq əlaqələri şöbəsinin müdürü Novruz Məmmədov yazıb.

 

"Yəqin xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, oranı ziyarət etsin", - deyə N. Məmmədov bildirib.

 

Xatırladaq ki, AB diplomatiyasının rəhbəri Kətrin Eşton İran nüvə proqramının müzakirəsi ilə bağlı martın 8-də İrana səfər edib. Səfər çərçivəsində o, İsfahan şəhərində ermənilərin kompakt yaşadığı Yeni Culfa məhəlləsində yerləşən Vank kafedral kilsəsini ziyarət edib, kilsənin yepiskopu Papken Çaryan və şəhərinin erməni əhalisi ilə görüşüb, onlarla söhbət edib, problemləri ilə maraqlanıb.

 

Görüşdə K. Eşton İran rəhbərliyinin erməni irsinin qorunması üçün atdığı addımları alqışlayıb

Sizin Reklam Yeriniz