Əlaqə Arxiv
news Image
2014.03.14
17:06
| A A A
Novruz bayramında hava necə olacaq?

Novruz bayramı günlərində Azərbaycan ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, bayram günlərində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Bu günlərində bir qədər küləkli hava şəraiti müşahidə olunacaq.

 

U.Tağıyevanın sözlərinə görə, yaxın 3-4 gün ərzində Bakıda və Abşeron yarımadasında daha çox küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Martın 16-da və 17-də arabir güclənən cənub küləyi müşahidə olunacaq. Buna baxmayaraq martın 18-dək havanın temperaturu günü-gündən artacaq.

 

Martın 17-dən 18-nə keçən gecə şimal küləyinin qısa müddətə güclənməsi gözlənilir və nəticədə martın 18-də havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Paytaxda havanın temperaturu 10-12 dərəcədən yuxarı olmayacaq.

 

Martın 19-da, 20-də və 21-də isə tez-tez bir-birini əvəz edən şimal və cənub küləkləri əsəcək, arabir güclənəcək. Martın 19-dan 22-dək havanın temperaturu günü-gündən mülayimləşəcək və bir qədər yüksələcək.

 

U.Tağıyeva qeyd edib ki, bayrama kimi hava proqnozu barədə proqnozlar yenilənəcək və dəqiqləşmələr ictimaiyyətə yenidən təqdim olunacaq: "Hansısa dəyişiklik olsa bu barədə növbəti proqnozlarda əks olunacaq".


Sizin Reklam Yeriniz