Azərbaycanlı deputat: "Niyə o şişdən bizdə yoxdur?"
Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub
Milli Məclisin bu gün keçirilən iclasında
hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb.
Lent.az-ın məlumatına görə, çıxış edən deputat Sahib Alıyev
ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu
bildirib.
O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: "Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, "millidir" deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun".
Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.