Əlaqə Arxiv
news Image
2014.03.14
17:15
| A A A
Azərbaycanda xərçəng xəstəliyindən ölüm göstəricisi açıqlanıb-Eksklüziv
Azərbaycanda xərçəng xəstəliyindən ölüm göstəricisi açıqlanıb. Movqe.az-a bu barədə eksklüziv məlumat verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, 2013-cü ilin son statistik məlumatına görə, onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub. A. Kərimli xərçəng xəstəliyindən dünyasını dəyişənlərin arasında 2025 il qeydiyyatda olanların da olduğunu söyləyib. Səhiyyə Nazirliyinin baş onkoloqu son illər aparılan marifləndirmə tədbirləri zamanı xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün müraciət edənlərin sayında artım olduğunu da söyləyib. Onun sözlərinə görə, bu qadınlar arasında süd vəzi xərçənginin erkən aşkarlanmasına kömək edir.  
Sizin Reklam Yeriniz