Əlaqə Arxiv
news Image
2014.03.14
19:10
| A A A
Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi gününə həsr olunmuş konfrans keçirilib

Martın 15-i Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də keçirilir.Martın 14-də Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş Konfrans keçirilmişdir. Nazirlikdən movqe.az-a verilən məlumatda bildirilir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, eləcə də 300-ə yaxın sahibkar və istehlakçı iştirak etmişdir.Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət başçısının daim diqqətdə saxladığı məsələlərdən olan istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması son illər qarşıda duran başlıca vəzifələrdəndir. Mövcud qanununvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Zahid İsayev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə 2013-ci ildə Bakıda və regionlarda 13 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 11 seminar keçirilmiş, sahibkarlara və istehlakçılara 22 adda 240 mindən artıq buklet və yaddaş kitabçaları paylanmışdır. Bu sahədə tədbirlər hazırda da davam etdirilir.İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən ötən il həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton ərzaq malları, 1,7 ton qeyri-ərzaq malları dövriyyədən çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində qanunvericilikdə müəyyənləşdirilmiş tədbirlər görülmüşdür.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Bəxtiyar Haqverdiyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və digərləri istehlakçı hüquqlarının qorunmasında maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulamış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmağı, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etməyi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələrini tövsiyə etmişlər. Məruzələrdə həmçinin, istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilmiş, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirilmişdir.Tədbirin sonunda iştirakçılara müxtəlif broşurlar və yaddaş kitabçaları paylanmışdır.

Sizin Reklam Yeriniz